Xəbərlər

2023 indiyə kimi qeydə alınmış ən isti il ola bilər


2023-cü ilin oktyabr ayı bütün müşahidələr dövründə ən isti, eləcə də rekord yüksək temperaturu olan ardıcıl beşinci ay olub, 2023-cü il isə çox güman ki, ən isti il olacaq.

Millinews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatından (ÜMT) bildirilib.

Oktyabr ayındakı temperatur 1991-2020–ci illərin orta göstəricisini 0,85 dərəcə Selsi, əvvəlki oktyabr rekordunu isə 0,4 dərəcə Selsi üstələyib.

Bu ilin yanvar-oktyabr aylarında orta qlobal temperatur bütün müşahidələr dövründə ən yüksək olub: 1850-1900-cü illərin orta göstəricisindən 1,43 dərəcə Selsi və 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0,1 dərəcə Selsi daha yüksəkdir.

Oktyabr ayında Antarktidadakı dəniz buz sahəsi ardıcıl altıncı ay ərzində ən aşağı səviyyədə qalıb, 60 dərəcə cənub enliyi ilə 60 dərəcə şimal enliyi arasındakı dəniz səthinin orta temperaturu bütün müşahidələr dövründə oktyabr ayı üçün ən yüksək olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu