Xəbərlər

Hərbi Prokurorluqda qazilərlə görüş keçirilib


Noyabrın 7-də 8 Noyabr – Zəfər Günü münasibətilə Hərbi Prokurorluqda Milli Məclis deputatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində və antiterror tədbirlərində iştirak etmiş hərbi qulluqçular, o cümlədən qazilərlə görüş keçirilib.

Hərbi Prokurorluqdan Millinews.az-a verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı Heydər Əliyev guşəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Əvvəlcə mərasim iştirakçıları nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Tədbirdə çıxış edən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını, bütün qaziləri və şəhid ailələrini 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək onlara xoş arzularını ifadə etdi. Hərbi prokuror bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, dərin düşüncəsi, uzaqgörən siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə də müharibədən çıxmış ölkə olmağımıza rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin qeyd edib ki, ölkəmizin sürətli tərəqqisində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən Hərbi prokuror Xanlar Vəliyev deyib ki, son illər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib. Həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhvali-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirmiş və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması, eləcə də antiterror tədbirləri zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib və zəfərlərimiz təmin olunub. Vətən müharibəsindən, qazanılan möhtəşəm Qələbədən bəhs edən Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini vurğuladı. Bildirdi ki, sentyabrda uğurla həyata keçirilən antiterror tədbirləri bir daha təsdiq etdi ki, “Dəmir yumruq” yerindədir, istənilən təxribatın qarşısını qətiyyətlə almağa və düşmənin “başını əzməyə” qadirdir. Millətinə xidməti həyat amalına çevirmiş İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev söylədi ki, dövlətimizin başçısı hərbi və siyasi-diplomatik yolla ölkəmizin əzəli ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdi. Prezidentin müstəsna fəaliyyəti digər dövlət başçılarına örnəkdir.

Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Azər Badamov və Ceyhun Məmmədov və çıxış edən digər şəxslər oxşar məzmunlu nitqlər söyləyərək Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən, eləcə də 44 günlük döyüşlərdə və antiterror tədbirlərində Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs etdilər. Eyni zamanda, çıxışçılar Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun rəhbərinə və kollektivinə dərin minnətdarlıqlarını bildirdilər.

Sonda ədliyyə general-leytenantı Xanlar Vəliyev igid oğullara bir daha öz dərin təşəkkürünü bildirdi və onlara hədiyyələr təqdim olundu, qəhrəman Vətən övladları isə məmnunluqlarını ifadə etdilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu