İdman

“Qarabağ” üçün həyəcan siqnalının vaxtıdır?

Elə bil, “Ayaks”a məğlubiyyətdən sonra “Qarabağ”da ruh düşkünlüyü yaşanır. “Sabah”a da uduzdu. Liderlik əldən çıxdı…

“Qarabağ” enişdədirmi?

“Vəssalam, bitdi!” iddiasında olanlar da var.

Görəsən, doğrudan da “Qarabağ” üçün həyəcan siqnalının vaxtı çatıb?

Bunu son proseslərə əsasən iddia etmək absurd olar. 13 ildir sərasər avroliqalarda çıxış edən, çempionluqları əldən buraxmayan bir klubun enişi/çöküşü üçün bu cür əlamətlər kifayət etməz. Belə klublar ciddi xətalar etməsə, ani çöküş yaşamaz. Obrazlı ifadə etsək, özü istəməsə, sıradan çıxmaz…

Bəs nə olub?

“Atlılar”ın uzun illərdir bir “ənənəsi” var. Dekabr ayında eniş yaşayır…

Bu, mövsümə hazırlıq və gedişatla bağlıdır. Ölkə çempionatı ilə paralel ağır Avropa matçları komandanı bu və ya başqa formada sıradan çıxarır. Zədələr, fiziki-psixoloji yüklənmə və s. bu miqyasda yolun üzə çıxan əsas təsiredici əlamətlərindəndir.

Statistikaya fikir versək, son 10 ildə “Qarabağ” üçün ən çətin ay dekabr olub.

Sonra bu komanda toparlanır və yenidən inisiativi ələ alır.

Bir tur sonra qış fasiləsi başlayacaq. Bu fasilədə bərpa olunub sıralara dönəcək “Qarabağ” son iki həftədəkindən mütləq daha yaxşı görünəcək. Amma o başqa məsələ ki, indi Premyer Liqada “Sabah” kimi kabus izləmədədir, Çempionlar Liqasında “24-lükdə” qalmaq üçünsə 21 yanvarda “Ayntraxt”, 29 yanvarda isə “Liverpul”la qarşılaşmalarda yaxşı nəticələr əldə etmək qayğısı var. Bu period bəlkə də “atlılar” üçün son illərin ən dramatik dönəmdir. Görək necə adlayacaq…

Futbolpress

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu