6-cı dəfə toplanan BMT TŞ razılığa gələ bilmədi
İsrailin Qəzzaya hücumundan sonra 6-cı dəfə toplanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yenə razılığa gələ bilməyib.
Millinews.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı mənzil-qərargahında qapalı iclası keçirilib. Görüşdən sonra mətbuata açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud “Hələ razılıq əldə olunmayıb” deyib. Vud bildirib ki, iclasda münaqişədə humanitar pauza məsələsi gündəmə gətirilib, lakin bu məsələ ilə bağlı hələ də müxtəlif fikirlər var.
Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jung, İsrailin xəstəxanalara, qaçqın düşərgələrinə və BMT obyektlərinə hücumlarını müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə BMT Təhlükəsizlik Şurasını topladıqlarını bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.