Xəbərlər

Minaya düşən heyvanlarla bağlı beynəlxalq təşkilatlara müraciət edildi


“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət edib.

Millinews.az xəbər verir ki, müraciətdə deyilir:

“Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyirik.

İlkin məlumatlara görə, 2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni dəstələrdən təmizlənməklə Azərbaycan Respublikasının suverenliyinin və Konstitusiya quruluşunun bərpa olunduğu ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Təəssüf ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir.

Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursus arctos) video və fotoları ictimailəşib (https://twitter.com/i/status/1715434183785426948, https://twitter.com/HikmetHajiyev/status/1715772738751664299/photo/1).

Biz bu təsvirlərdən hədsiz dərəcədə sarsılmışıq. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Təəssüflə qeyd etmək lazımdır, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o deməkdir ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərini minalamada davam edib. Yalnız 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun icra etdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısını alınıb.

Ümumdünya Təbiəti Mühafizə Fondu bir neçə il əvvəl (WWF) Ermənistanla Azərbaycan sərhədində ayaqları sikəst qalmış 2 bəbirin (Panthera pardus) təsvirini də yaymışdı.

Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var. Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır.

Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. 2023-cü il sentyabrın 11-ində Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər. Azərbaycan Ordusunun hərbi qulluqçuların sayıqlığı nəticəsində terror aktının qarşısı alınıb.

Bu təxribat Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməldir. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması heç bir mənəviyyata sığmır.

Azad edilmiş ərazilərdə ekoloji fəlakətin miqyası, Ermənistan tərəfindən törədilmiş ekosid ürək ağrıdır. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda meşələrin qırılmasını və ya yandırılmasını, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsini heyvanlara qarşı da kütləvi qırğın kimi qiymətləndiririk. Ermənistan bu anti-humanizm hərəkətlərinə, eko müharibəyə, faunaya qarşı qəddarlığa görə cavab verməlidir.

Biz “Həyat və Canlılar Naminə Birlik” (“United for Life & Livelihoods”) təşkilatının baş direktoru xanım Qretel Aqilara (Grethel Aguilar), “Dünyada Heyvanları Müdafiə üzrə Beynəlxalq” (“World Animal Protection International”) təşkilatın İcraçı direktoru cənab Stiv Makaylvora (Steve McIvor), “Heyvanlara Qarşı Qəddar Davranışdan Müdafiə üzrə Amerika Cəmiyyəti”nin (“American Society for the Prevention of Cruelty to Animals”) sədri xanım Salli Spunerə (Sally Spooner), “Heyvanların Beynəlxalq Müdafiəçiləri” (“Animal Defenders International”) təşkilatının prezidenti və həmtəsisçisi xanım Yan Krimerə (Jan Creamer), “Heyvanların Müdafiəsi və Xilası Liqa”sının (“Animal Protection and Rescue League”) sədri və həmtəsisçisi xanım Dina Kurda (Dina Kourda), “Heyvan Etikası” (“Animal Ethics”) təşkilatının icraçı direktorları xanım Olayya Freyriya (Olaia Freiría) və xanım Liya Makkelviyə (Leah McKelvie), “Vəhşi Heyvanlar Təşəbbüsü” (“Wild Animal Initiative”) təşkilatının icraçı direktoru cənab Kemeron Meyer Şorba (Cameron Meyer Shorb), “Ümumdünya Təbiəti Mühafizə Fondu”nun (“World Wildlife Fund”) prezidenti cənab Adil Nacama (Adil Najam) müraciət edərək onları Ermənistanın bu qəddar hərəkətlərini pisləməyə çağırırıq! Dəqiq mina xəritələrinin Azərbaycan dövlətinə təhvil verilməsində Sizin əvəzsiz töhfəniz ola bilər, bu, Cənubi Qafqazın təbiətini xilas edə bilər. Biz heç bir canlının, o cümlədən heyvanların bundan sonra mina qurbanı olmasını istəmirik!

Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Vəhşi təbiət, heyvanlar bizdən kömək istəyir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu