Xəbərlər

Futbolçunun atasını azad etmək üçün pul istədilər


İngiltərənin “Liverpul” klubunda çıxış edən kolumbiyalı futbolçu Luis Diazın atası sərbəst buraxılacaq.

Millinews.az xəbər verir ki, Diazın atası Luis Manuel pul müqabilində sərbəst buraxılır. Kolumbiya hökumətinin açıqlamasına görə, Luis Manuel silahlı üsyançı qrup “Milli Azadlıq Ordusu” tərəfindən qaçırılıb. Təşkilatın nümayəndələri futbolçunun atasını sərbəst buraxacaqlarını bildirib.

Qeyd edək ki, Luis Diazın atası Luis Manuel Diaz və anası Cilenis Marulandan Quajira inzibati bölgəsindəki Barrankas qəsəbəsində qaçırılıb. Onların tapılması üçün təhlükəsizlik qüvvələri 130 polis və 110 əsgərlə genişmiqyaslı əməliyyata başlayıb. Axtarışlar nəticəsində Diazın anası Cilenis Marulanda Barrancas çölündə tapılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu