Hizbullah İsrail əsgərlərini hədəfə aldı
Livan Hizbullahı İsrailin şimalındakı yəhudi qəsəbəsində bir evdə toplaşan İsrail əsgərlərinə hücum edib.
Millinews.az xəbər verir ki, bu barədə Hizbullah açıqlama verib. Hizbullah yazılı açıqlamasında mülki vətəndaşların öldürülməsinə cavab olaraq əməliyyatların aparıldığını qeyd edib. Açıqlamada İsrailin şimalında yəhudi qəsəbəsində bir evdə toplanan İsrail əsgərlərinin hədəfə alındığı və əməliyyatın uğurla keçdiyi bildirilib.
Digər tərəfdən, Livanın “NNA” xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Lebbun və sərhəd bölgələrini hədəfə alıb və hücumlar zamanı Sur şəhərindən partlayış səsləri eşidilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.