MaqazinÖlkə

Azərbaycanda olay: Əməkdar məşqçi üç qız tələbəsiylə min oyundan çıxdı…

Sumqayıt şəhərində 1971-ci il təvəllüdlü idman müəllimi Ceyhun yetkinlik yaşına çatmayan şagirdi Ləmana (zərərçəkən və ailə üzvlərinin adı şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, idman məktəbində cüdo idman növü üzrə məşqçi işləyən Ceyhun cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə məktəbin soyunub-geyinmə otağında aralarında 39 yaş fərq olan on iki yaşlı tələbəsi Ləmana 2023-cü ilin mart ayının əvvəllərindən həftədə bir dəfə olmaqla, günün birinci yarısında, başqa tələbələr olmayan vaxt seksual xarakterli hərəkətlər edib.

Ötən ilin avqustunda Ceyhunun çirkin əməllərinin üstü açılıb və o, həbs edilib.

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (iki və ya daha çox şəxsə qarşı on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Üzündən öpdüyümü dedim”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində göstərib ki, cüdo müəllimi kimi 15 illik stajı var: “Əxlaqım, tərbiyəmlə öz işimi tanıtmışam, yarışlarda iştirak etmişəm. Məşqdən çıxıb yoldaşımı işdən götürməyə gedəndə Ləmanın bacısı İlhamə mənə zəng etdi.

İlhaməyə onun dediyi şeylərin olmadığını və üzbəüz danışmağı təklif etdim. Səhər Ləmangilin evlərinə getdim. Onlar məni yaxşı qarşıladılar. Ləmanın yaxşı nəticələr göstərdiyinə görə alnından, üzündən öpdüyümü dedim”.

“Vəkil mənə hüquqi yardım göstərməyib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Ləmanın ailəsi polis çağırıb: “Polislər məni apardı və mənə belə bir hadisə törətdiyimi boynuma almağı təklif etdilər. Mən belə bir şey etmədiyimi, tələbələrim arasında oğlan-qız fərq qoymadan onları qazandıqları nailiyyətlərə görə bağrıma basıb öpdüyümü bildirdim.

Məruz qaldığım işgəncələrə görə məcbur olaraq belə bir şey etdiyimi boynuma almalı oldum. Mənə təyin edilmiş birinci vəkil də polis idarəsində olub, lakin mənə hüquqi yardım göstərməyib. Qətimkan tədbiri seçilən zaman məhkəmədə belə bir iş görmədiyimi dedim”.

Təqsirləndirilən şəxs bildirib ki, 60 tələbəsi olub, qızlar oğlanlarla birlikdə məşq edib: “Soyunma-geyinmə otaqları ayrı olur. Mən həmin otaqlara girməmişəm. Ləmanı 5 ildir tanıyıram. Amma 2010-cu il təvəllüdlü olduğunu bilmirdim. Onu məşqə atası gətirirdi. Son bir ildə isə atası onu arabir məşqə gətirib. İttihamda göstərilən hadisələr baş verməyib”.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilib.

O, həmin ifadəsində göstərib ki, təxminən 10 ildir hadisə baş verən idman məktəbində məşqçi-müəllim işləyib: “Mən cüdo müəllimiyəm, əməkdar məşqçiyəm. Zərərçəkmiş Ləman 2017-ci ildən mənim tələbəmdir. Hər gün məşqə gəlib. Öncə atası ilə gəlirdi. Təxminən 2 il sonra Ləman idmanda nailiyyətlər əldə etməyə başladı. Həmin vaxt sevincimdən Ləmanı qucaqlayaraq ata kimi üzündən öpmüşəm”.

“Xoşu gəlmədiyini bildirdi”

Ceyhunun sözlərinə görə, 2023-cü ilin mart ayının əvvəllərindən Ləmanla seksual xarakterli hərəkətlər etməyə başlayıb:

“Həftədə bir dəfə məktəbin qızlar üçün geyinib-soyunma otağında qapını bağlayırdım. Ləman özü əynində olan paltarları soyunurdu. Mən də paltarlarımı soyunurdum, öpüşürdük.

Cinsi ehtiras yükəsilirdi, Ləman əli ilə mənim intim yerlərimə toxunurdu. Daha sonra mən özüm də ona qarşı eyni hərəkətlər edirdim. Bir neçə dəqiqə sonra cinsi aktımı təmin edirdim.

Bir neçə dəfə Ləman mənimlə bu cür seksual hərəkətlər etməyə başladı. Sonra bunları etməkdən xoşu gəlmədiyini bildirdi. Buna görə də onunla həmin formada cinsi münasibətdə olmadım”.

“Hər ikimiz ehtiraslandıq”

Ceyhun qeyd edib ki, Ləmanla sonuncu dəfə seksual xarakterli hərəkətlər ediblər: “İntim yerimi onun intim yerlərinə toxundurdum, hər ikimiz ehtiraslandıq. Biz həftədə bir dəfə seksual xarakterli hərəkətlər etmişik.

Digər tələbəm Lalə 2021-ci ilin sonlarında məşqə gəlməyə başladı. Onunla 2023-cü ilin fevral ayından seksual xarakterli hərəkətlərə başlamışam. Mən geyinib-soyunma otağında olan zaman qapını bağlayırdım, öpüşürdük.

Lalə mənim ayıb yerimə əllərini toxundurur, sonra seksual hərəkətlər edirdi. Belə etməklə cinsi ehtirasımı təmin edirdim. Onunla da həftədə bir dəfə seksual xarakterli hərəkətlər etmişəm.

Sonuncu dəfə onunla 10 avqust 2023-cü ildə məktəbin geyinib soyunma otağında qeyd etdiyim kimi seksual xarakterli hərəkətlər etmişəm”.

Ceyhunun ifadəsinə görə, 2019-cu ilin sentyabr ayından digər tələbəsi Xuraman məşqə gəlib: “Xuraman 2009-cu il təvəllüdlüdür. 2022-ci ilin yay aylarından 2023-cü ilin iyul ayının ortalarına qədər təxminən həftədə bir dəfə seksual xarakterli hərəkətlər etmişik. Onunla da geyinib-soyunma otağında olan zaman qapını bağlamışam və hər ikimiz soyunmuşuq. Öpüşəndən sonra intim hərəkətlər etməyə başlamışıq. Xuramana qarşı bir neçə dəfə seksual hərəkətlər etmişəm. Ancaq o, bunu xoşlamadığından mütamadi olmadıq”.

Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərib ki, Ləman, Lalə və Xuramanla təbii və qeyri təbii yolla cinsi əlaqədə olmayıb: “Seksual xarakterli hərəkətlər edən zaman zorakılıq etməmişəm. Qızların öz istəkləri olub. Mən ilk öncə onları dodaqlarından öpərək yaxınlıq etmişəm. Həmin qızlar ilk öncə buna etiraz etdilər.

Bir neçə dəfə təkrardan sonra mənasını dərk etdilər və razılıqları ilə seksual xarakterli hərəkətlər elədik. Başqa tələbələrə seksual xarakterli hərəkətlərimiz olmayıb”.

“Hörmətim olduğundan etiraz etmədim”

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Sumqayıt şəhərində orta məktəbinin 8-ci sinif şagirdidir:

“2017-ci ilin oktyabrında valideynlərimlə bir yerdə idman məktəbində cüdo idman növündə məşğələyə yazıldım. Mənim müəllimim Ceyhun idi. Mütəmadi olaraq məşqə gedirdim. 2017-ci ilin oktyabr ayından 2021-ci ilin xatırlamadığım ayına qədər məşqi orta məktəbin idman zalında keçmişik. Sonra isə demək olar ki, bütün məşqləri idman məktəbinin ərazisində keçirdik.

Mən məşqə başlayandan təxminən 2 il sonra 2019-cu ildən başlayaraq bəzi nailiyyətlər əldə etməyə başladım. Hər dəfə nailiyyətlər əldə edən zaman Ceyhun müəllim məni qucaqlayaraq üzümdən öpürdü. Həmin vaxtlar o, nailiyyətlərimə valideyn kimi sevinir və qucaqlayırdı.

Təxminən 2023-cü ilin mart ayının əvvəllərindən geyinib-soyunma otağında əynimi dəyişən zaman Ceyhun müəllim otağa girdi. Mənim dodağımdan və bədənimin müxtəlif nahiyyələrini öpməyə başladı, sonra sinə nahiyəmə toxundu.

Mən onun nə etdiyini ilkin olaraq anlamadım. Ceyhun soyundu, mənə qarşı seksual hərəkətlər etdi. Ceyhunun nə etdiyini başa düşdüm və etiraz etmədim. Ona müəllim kimi hörmətim olduğundan etirazımı bildirmədim”.

“Səbəbini demədim”

Ləman qeyd edib ki, Ceyhun müəllim həftədə bir dəfə onunla mütamadi olaraq seksual hərəkətlər edib: “Sonuncu dəfə məktəbdə məşqə getdim. Əynimi dəyişən zaman Ceyhun müəllim otağa daxil oldu və məni öpməyə başladı. Məni soyundurdu, özü də soyundu, seksual hərəkətlər etməyə başladı. Mənə də seksual xarakterli hərəkətlər etməyimi istədi.

Onun istəklərini yerinə yetirdim. Bundan sonra məşqə getməməyə başladım. Artıq Ceyhun müəllimin mənimlə belə rəftar etməsini istəmədim. Məşqə getməməyə görə ailə üzvlərim məni sorğu-sual etdilər. Mən getmək istəmədiyimi dedim, ancaq səbəbini demədim”.

“Polisə ərizə verdik”

Ləmanın ifadəsinə görə, növbəti günlərdə bacısı İlhamə ilə söhbət edən zaman ağlamağa başlayıb: “Bacım məndən təkidlə nə olduğunu soruşdu. Ağlaya-ağlaya hər şeyi danışdım. Bacım anama məlumat verdi. Bundan sonra anama bütün olanları bildirdim.

Anam Ceyhun müəllimə zəng edərək bu barədə soruşdu. Ceyhun isə telefonu söndürdü. Səhərisi gün anamla bir yerdə polis idarəsinə gedərək ərizə verdik”.

Zərər çəkmiş şəxs ifadəsində həmçinin göstərib ki, Ceyhun onunla təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. Ceyhun 2023-cü ilin mart ayının əvvəllərindən başlayaraq, onunla həftədə təxminən 1 dəfə olmaqla seksual xarakterli hərəkətlər edib:

“Evdə problem olacağından qorxduğumdan Ceyhunun seksual xarakterli hərəkətlər etməsi barədə heç kimə məlumat verməmişəm. Ceyhun heç vaxt mənə qarşı zorakılıq hərəkətləri etməyib”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhun 7 il 6 ay azadlıqdan məhrum edilib. O, həmçinin 3 il müddətə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib.

Təqsirləndirilən şəxsə təyin edilmiş əlavə cəza – pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilib.

Hökmdə göstərilib ki, Ceyhun azadlıqdan məhrum etmə ilə bağlı olan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu