Xəbərlər
Qızıl mədənində 550 nəfəri girov götürdülər: Məqsəd nədir?

CAR-da qızıl mədənində 550 işçi girov götürülüb.
Millinews.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasında (CAR) yerləşən qızıl mədənində 550-yə yaxın işçi girov götürülüb.
Məlumata görə, hadisə Sprinqs şəhəri yaxınlığındakı, “Gold One” şirkətinə məxsus mədəndə baş verib. Şirkətin yaydığı açıqlamada bildirilir ki, gecə növbəsində çalışan işçilər mədəndən geri qayıtmayıblar. Onların Mədənçilər və Tikinti İşçiləri Həmkarlar İttifaqının fəalları tərəfindən girov saxlanıldığı ehtimal olunur.
Girovçuların tələbləri hələlik ictimaiyyətə açıqlanmayıb. Lakin həmkarların fəalları insidentdə iştiraklarını inkar edirlər.
Hazırda mədənin ərazisi polis tərəfindən mühasirəyə alınıb.
Mehti Kamiloğlu