Xəbərlər

İsrail ordusu Qəzzada bu uğurları əldə edib

netanyahu

“İsrail əsgərləri Qəzza zolağında əməliyyatlar zamanı irəliləyiş əldə edir”.

Millinews.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki hesabında bildirib .

“Bu gün biz döyüşçülərimizlə meydandayıq. Çox təsir edici nailiyyətlərimiz var. Biz artıq Qəzzanın kənar məhəllələrini keçmişik. Biz irəliləyiş əldə edirik. Bizi heç nə dayandıra bilməz.

İrəliləyəcəyik. İrəliləyəcəyik və qalib gələcəyik. Buna da Allahın köməyi ilə, qəhrəman döyüşçülərimizin köməyi ilə nail olacağıq.

Mən sizə inanıram, sizə güvənirəm. Bütün İsrail xalqı qələbəyə qədər sizin arxanızdadır” – baş nazir elan edib.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi daha əvvəl bəyan etmişdi ki, İsrail hərbçiləri Qəzzaya daxil olaraq onu müxtəlif tərəfdən mühasirəyə almağa başlayıblar.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu