Xəbərlər

TBMM nümayəndə heyəti Şuşada – FOTO

7ccec324 f199 31cd a554 00dd2460d525 850

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa şəhərində olub.

Milli Məclisdən Millinews.az-a verilən xəbərə görə, nümayəndə heyətini Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Şuşada qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Sonra TBMM-in nümayəndə heyəti Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.

Qonaqlar Saatlı və Yuxarı Gövhər ağa məscidlərində, Cıdır düzündə olmuş, Şuşanın Qala divarlarını seyr etmişlər. Cıdır düzündə qonaqlara məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu