Şahramanyan Paşinyandan xəbər gözləyir, amma…
Qarabağda məhv edilən erməni separatçılar Ermənistanda hələ də mövcudluqlarını qorumağa çalışır.
Millinews.az xəbər verir ki, özünü buraxan qondarma rejimin sonuncu “başçısı” Samvel Şahramanyan Nikol Paşinyanın qəbuluna düşmək istəyir.
“Hraparak” nəşri yazır ki, Şahramanyan Ermənistana qayıdandan sonra iki həftəyə yaxındır ki, Paşinyanın onu qəbul etməsini gözləyir.
“Lakin bu baş tutmayıb. Şahramanyanın susmasının səbəbi də budur. O, Paşinyanla müzakirə edərək, bəzi məsələlərə aydınlıq gətirmək istəyir. Dünən yaxın günlərdə onun çıxış edəcəyinə dair yayılan məlumatlar da bir növ “xəbərdarlıq” xarakteri daşıyırdı.
Əldə etdiyimiz məlumata görə, Şahramanyanla görüş təşəbbüsü əvvəlcə Ermənistan hökuməti tərəfindən irəli sürülüb, lakin sonradan bundan imtina edilib”, – nəşr yazır.
Asif