Xəbərlər

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

Avtomobilin vurduğu piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir. Meyit tibbi ekspertizaya aparılıb. İlkin məlumata görə, həmin şəxs toy mərasimindən çıxan qonaqlardan biri olub.

Faktla bağlı araşdırma aparılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu