Xəbərlər

Orxan Pamuk qonşuları ilə məhkəmə çəkişməsində

orhan pamuk komsulariyla mahkemelik oldu 2 16489825 o

NOBEL mükafatı almış yazıçı Orxan Pamuk Cihangirin məşhur binalarından biri olan Tarayın riskli olduğu müəyyən edildikdən sonra qonşuları və digər mənzil sakinləri ilə məhkəməlik olub.

Millinews.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaşayış binasını gücləndirmək üçün məhkəməyə müraciət edən qonşular binanın sökülməsinə qərar verildiyini öyrəniblər. 18 mənzilli binada 6 mənzili olan məşhur yazıçı həbs qətimkan tədbirinin götürülməsini və binanın sökülməsini istəyib.

50 illik binanın riskli vəziyyətdə olduğuna qərar verilib. Digər mənzil sahibləri isə yaşayış binasının gücləndirilməsi tələbi ilə məhkəməyə müraciət edərək yekun qərar qəbul olunana qədər mənzilin sökülməsinin qarşısını almaq üçün ehtiyat tədbirləri görülməsini tələb edib. İstanbul Sülh Məhkəməsində keçirilən iclasda şikayətçi Günəş Çelikcanın vəkili Şeyma Toker, həmçinin 12 nəfər sakin, Orhan Pamuk və vəkilləri iştirak edib.

“Hadisənin həm insani, həm də hüquqi tərəfi var. Bərpa üçün üçün mənzil sahiblərinin 4/5-i bunu tələb etməlidir. Binanın 2/5-nin sahibi mənəm. Bərpasına qarşıyam, binanın çürüdüyü məlumdur. Mənzilim boşdur, hazırda bağ evində qalıram. 6 mənzilin hamını boş qalıb. Bu iş müxtəlif yollarla uzadılır. Binanın çürük olduğu açıq-aydın görünür, odur ki, tədbir verilməlidir”, – Orxan Pamuk məhkəmədə bildirib.

Məhkəmə Orhan Pamukun vəkilinin Pürtelaş Həsənəfəndi Məhəlləsi Beyoğlunda yerləşən Taray apartmanının boşaldılması və sökülməsi ilə bağlı icraatın yekun qərarı verilənə qədər ehtiyat tədbirlərinin dayandırılmasına ilə bağlı etirazın rədd edilməsinə və ilkin qərarın qüvvədə qalmasına qərar verib. Həmçinin Tarayda kəşfiyyat aparılmasına qərar verilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu