Millinews.az – Klaar: “Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Avropa İttifaqı (Aİ) Belçikanın paytaxtı Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşün məhsuldar olacağına ümid edir”.
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar sosial şəbəkədə yazıb.
“Hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı və İrəvandan qayıtdım. Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu qarşılıqlı təmasın bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik”, – diplomat qeyd edib.
Back from Baku and Yerevan where I discussed next steps towards comprehensive normalisation. Important for
and
to stay committed to a positive and agreed agenda. Expect that this engagement will be firmed up at a high level meeting in Brussels later this month
— Toivo Klaar (@ToivoKlaar) October 13, 2023