Xəbərlər
Səhiyyə xərcləri artırılır – Gələn il nə qədər olacaq?

Gələn ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan xərclər açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Məlumata görə, növbəti il səhiyyə xərcləri üçün 1871,3 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2023-cü illə müqayisədə 66,3 milyon manat və ya 3,7 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 453,4 milyon manat və ya 32,0 faiz çoxdur.