Xəbərlər

Bəşəriyyəti onların vasitəsilə məhv edəcəklər

İlon Mask xəbərdarlıq edib ki, süni intellekt ekoloji hərəkatdakı insanlar tərəfindən proqramlaşdırılarsa, bəşəriyyətin yox olmasına səbəb ola bilər.

Millinews.az xəbər verir ki, komediyaçı Joe Roqanın podkastında çıxış edərək, bəzilərinin insan həyatına son qoymaqla planeti qorumaq üçün texnologiyadan istifadə edəcəyini söyləyib.

Bir çox ekspertlər bu cür xəbərdarlıqları həddən artıq şişirdilmiş hesab edirlər.

Mask bildirib ki, süni intelekt dünyanı ələ almağa davam edir:

“Əgər süni intellekt insanların məhv olması tərəfdarları tərəfindən proqramlaşdırılarsa, həqiqətən də bəşəriyyət yox olacaq. Bu sistemi quranlar da bunub pis bir şey olduğunu düşünməyəcəklər. Beləliklə, dünya getdikcə məhv olacaq”.

Maskın süni intellektin yaratdığı təhlükə ilə bağlı şərhi sosial mediada trendə çevrilib.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu