Maraqlı
İlon Mask könüllü axtarır: Beyninə…
İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” protezlərə nəzarət etmək üçün də istifadə oluna bilən implantların beyinə yerləşdirilməsi ilə bağlı klinik sınaqlar üçün könüllülər axtarır.
Şirkət bu və ya digər səbəbdən əzalarını idarə etmək qabiliyyətini itirmiş şəxslərə müraciət edir.
Bildirilib ki, sınaqlarda boyun onurğa beyninin zədələnməsi və ya amiotrofik yanal skleroz nəticəsində kvadriplegiyası olan şəxslər iştirak edə bilər.
Bədənə neyron interfeyslərin implantasiyası bu qüsurları olan insana düşüncə gücündən istifadə edərək kompüteri idarə etməyə imkan verəcək.