Xəbərlər

Azad edilmiş ərazilərdə ötən ay aşkarlanan minaların SAYI


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Millinews.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabr ayı ərzində 928 tank əleyhinə mina, 767 piyada əleyhinə mina, 8537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 6687,4 hektar ərazi minadan təmizlənib.

Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu