Xəbərlər

Hakan Fidan İsrailə xəbərdarlıq etdi: Rəisi Türkiyəyə gəlir

a630cefc 8dc9 4120 8a6a 1e8d4030326d

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyədə səfərdədir. Xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə mətbuat konfransında jurnalistlərin suallarına cavab veriblər.

Millinews.az “Sabah”a istinadən xəbər verir ki, Hakan Fidan İsrailin Qəzzada törətdiyi vəhşilikləri pisləyib:

“Ədalətli bir dünya istəyiriksə, prinsipial olmalıyıq. İsrail bunu anlamalıdır. Təhlükəsizliyi zorakılıqla əldə edə bilmərik. Atəşkəs mümkün qədər tez olmalıdır. Bəzi ölkələrin zorakılığı təşviq etməsi qəbuledilməzdir. Region və dünyanı sülhü çağırırıq”.

Türkiyəli nazir açıqlamalarında İran prezidentinin Türkiyəyə gələcəyini də bildirib.

İranın xarici işlər naziri Abdullahiyan qeyd edib ki, sionist rejim Qəzzada qadınları, uşaqları və mülki insanları qətlə yetirməyə davam edir:

“Müharibə dayandırılmasa, regionda vəziyyətin nəzarətdən çıxmasına görə məsuliyyət ABŞ, İsrail və digərlərinin üzərinə düşür. İsrail məhsullarını boykot etməliyik”.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu