Xəbərlər

Sumqayıtda silahlı HÜCUM: ölən və yaralananlar var

537a5654 1c03 4ab7 a934 d91c9697e9bc

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

Millinews.az-ın məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü – Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşları – Karakaş Yağmur və Karakaş Cansu, həmçinin Tərlan Fərəcov yaralanıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu