Xəbərlər

Müğənni Hissin mahnısını imtahan sualına saldılar


Azərbaycanda abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alıb.

Millinews.az Ölkə.Az-a istinadən xəbər verir ki, söhbət özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanından gedir.

Sualda Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri yer alıb.

Sözügedən sual bəzi valideynlərin marağına səbəb olub. Onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilmədiyini bildirirlər.

Qeyd olunur ki, sözügedən suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb və bu cür suallar digər tədris mərkəzlərinin də imtahanına salınıb.

0298c515d0 1698835491untitled 1 copy



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu