Xəbərlər
Fələstinə dəstək olan azarkeşlərə ağır cəza verildi
Ötən həftə “Seltik”in “Atletiko”yla UEFA Çempionlar Liqasındakı ev oyununda Fələstinə dəstək olan “Yaşıl briqada” azarkeş qrupu şok yaşayıb.
Millinews.az xəbər verir ki, Qlazqo təmsilçisi sadiq fanatlarına sərt cəza tətbiq edib. “Ağ-yaşıllar” sözügedən qrupun üzvü olan azarkeşlərə email göndərərək komandanın bütün ev matçlarında stadiona girişlərinə qadağa tətbiq edildiyini bildirilib.
Britaniya mətbuatı iddia edir ki, “Seltik” bununla UEFA-nın mümkün sərt cəzasının və ya cəriməsinin qarşısını almağa çalışır. Çünki əvvəllər “Yaşıl briqada”ya görə cəza və xəbərdarlıqlar alıb.
Heybət