Xəbərlər

Bu ölkələrin şirkətləri Rusiyadan sərbəst çıxa bilməz

kremlin peskov ap 1532992 1

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi müharibə apardığını ifadə edərək, “Dost olmayan ölkələrə məxsus şirkətlərin Rusiyadan sərbəst çıxışı yoxdur, hökumət komissiyası bunu izləyir” ifadələrini işlədib.

Millinews.az xəbər verir ki, Peskov Rusiyadan çəkilməyə qərar verən Qərb şirkətləri və hökumətin atdığı addımlarla bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib. Rusiyanın açıq və diqqət çəkən ölkə olmaqda davam etdiyini qeyd edən Peskov “Rusiya hələ də xarici şirkətlərin burada işləməsi üçün rahat şərait yaratmağa hazırdır və burada çalışan şirkətlər bunu təsdiqləyə bilər” fikirlərini bildirib.

O, Qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi müharibə apardığını vurğulayıb.

Rusiya hökumətinin Qərb şirkətlərinin geri çəkilməsi prosesini izlədiyini bildirən Kreml sözçüsü, “Dost olmayan ölkələrin şirkətlərinin Rusiyadan sərbəst çıxışından söhbət gedə bilməz, hökumət komissiyası bunu izləyir”,- deyə açıqlayıb.

Peskov Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMGK) alternativ yaratmaq ideyası ilə bağlı da qiymətləndirmələr aparıb və bu mövzuda beynəlxalq konsensusa ehtiyac olduğunu ifadə edib.

BMT-də müəyyən fikir ayrılıqlarının olduğunu qeyd edən Peskov deyib:

“BMT o dövrdə çox mürəkkəb razılaşmaların, beynəlxalq ictimaiyyətin çox mürəkkəb konsensusunun məhsulu kimi yaradılıb və təbii ki, Türkiyə tərəfinin elan etdiyi təşəbbüs kimi bir təşəbbüs də ən azı eyni konsensusu tələb edir. Biz inanırıq ki, BMT sistemi dünya gündəmindəki ən həyati məsələlərdə bəzi səmərəsizliklərinə baxmayaraq, yeganə və alternativsiz beynəlxalq mexanizm olaraq qalır”.

Nəzrin Cavadzadə

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu