Sənədlər ortaya çıxdı: Qəzza Türkiyənindir, İsrail…
Qəzza torpaqlarının mülkiyyəti Osmanlı imperiyasına məxsusdur.
Millinews.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Qəzet qeyd edir ki, II Əbdülhəmid Fələstinin yəhudilərin əlinə keçməməsi üçün mübarizə aparıb, Qüds də daxil olmaqla bu torpaqları öz mülkiyyətinə daxil edib.
Sultan Əbdülhəmidin nəvəsi olan Orxan Osmanoğlu Qəzzanın rəsmi mülkiyyət sənədinin hələ də onlarda olduğunu deyib.
“Babam Əbdülhəmid xan ərəb tayfalarına böyük pullar ödəyərək, Aralıq dənizinin sahil hissəsində böyük əraziləri aldı. Daha sonra bu əraziləri əkinçilik və balıqçılıqla məşğul olmaları üçün fələstinlilərə verdi. Qəzzada Sultan Əbdülhəmidin adına olan 3 böyük ərazinin sənədi var.
Bununla bağlı bütün arxiv və sənədlər hamısı əlimizdədir. 2008-ci ildə biz mülkiyyət davası açanda İsrail razılaşmaq üçün təklif göndərmişdi, lakin biz qəbul etmədik. Həmin torpaqlar Türkiyə dövlətinə məxsusdur. Bu amil Türkiyənin Qəzzada qarant ölkə olmasına imkan verir”, – Əbdülhəmidin nəvəsi bildirib.
Asif