Xəbərlər
Aİ HƏMAS-ın hücumunu pisləməlidir – Borrel
Avropa İttifaqı HƏMAS-ın İsrailə hücumunu pisləməli və Qəzza zolağında humanitar fəlakət yaşanmasından qaçmaq üçün hər şeyi etməlidir.
Millinews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrel Lüksemburqda Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz eyni zamanda həm HƏMAS-ın terror hücumunu pisləməli, həm də Qəzza zolağında humanitar fəlakət yaşanmasından qaçmalıyıq. Buna nail olmaq üçün Qəzzada yaşayanlara humanitar yardım göstərməyimiz vacibdir”, – o deyib.