Xəbərlər

Çin İsrail və Fələstini xəritədən sildi

İsrail və Fələstin adı artıq Çinin rəqəmsal xəritələrində görünmür. Sözügedən xəritələrdə bu ölkələrin nə adı var, nə də bayrağı.

Millinews.az xəbər verir ki, Qəzzaya olan hücumlarda Çin gözlənilməz addım atıb. Məşhur Çin rəqəmsal xəritə tətbiqləri və veb saytları İsrail və Fələstin adlarını platformalarından çıxarıb.

e9f69fc4 f0a3 4743 a3ed aa0237c80804

Çin Baidu və Gaode kimi xəritəçəkmə proqramlarında bütün ölkələr öz adları və bayraqları ilə göstərilir. Ancaq İsrail və Fələstinə gəlincə, heç bir ad və bayraq qoyulmayıb. Oxşar vəziyyət xəritəyə mobil telefon vasitəsilə daxil olarkən də müşahidə olunub. Məsələ ilə bağlı şirkətlərdən heç bir açıqlama verməyib.

5f8d2b27 7045 4891 9277 ea3e93784467

Qeyd edək ki, Çin İsrail və Fələstin dövlətlərini rəsmən tanıyır.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu