Xəbərlər

“Fransa bizi minillərdir yaşadığımız ərazilərdən qovub”

77

“Fransa bizi minillərdir məskunlaşdığımız ərazilərdən qovub”.

Millinews.az xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, bu gün də Fransa müstəmləkəçiliyinin davam etdiyini bildirib: “Hazırda Bakıda müzakirələr apardığımız vaxtda insan həyatları təhlükəyə atılır”.

Lyuk Frensis Kerol Azərbaycan dövlətinə səslərinin eşidlilməsinə dəstək verdiyinə görə də təşəkkür edib: “Azərbaycana səylərinə görə təşəkkür edirəm. Biz bu günlərdə Afrikadakı neokolonializm haqqında danışmaq imkanına sahibik. Biz onu deməliyik ki, minilliklər ərzində məskunlaşdığımız ərazilərdən Fransa tərəfindən qovulmuşuq. Milyonlarla insan Cənubi və Şimali Amerikaya deportasiya edilib. Bu gün Amerika qitəsində ən kasıb, yoxsul insanlar Afrikadan gələnlərdir. Çünki onlar Amerikaya deportasiya olunublar. Fransa dövləti isə problemimizin həlli ilə məşğul olmaq istəmir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu