Ermənistan MN informasiya şöbəsinin keçmiş rəisi həbs edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib.
Bu barədə Altunyanın vəkili Qor Saqoyan məlumat verib.
Onun sözlərinə görə, birinci instansiya məhkəməsi ev dustaqlığı və girov qətimkan tədbiri seçib. Prokurorluq hökmdən apellyasiya şikayəti verib, Apellyasiya Məhkəməsi isə onu ləğv edərək iki ay müddətinə həbs qərarı verib.
Vəkilin sözlərinə görə, Gevorq Altunyan dindirilib və ətraflı ifadə verib. Müdafiə tərəfi digər istintaq işlərinin də aparılmasını istəyib, çünki “ona qarşı irəli sürülən ittihamların reallıqla heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, istintaq komitəsinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Gevorq Altunyan 2019-2021-ci illərdə “El” MMC-nin direktoru A.B. və “Nor” ictimai təşkilatının rəhbəri, “dasaran.am” portalının təsisçisi Suren Aloyan, eləcə də ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin iki əməkdaşının köməyi ilə satınalma sənədlərinə saxta məlumatlar daxil edərək dövlətdən 106,3 milyon dram (təxminən 270 min ABŞ dolları) oğurlayıb.
Mənbə: Sputnik Ermənistan