Xəbərlər
İranın “Əxlaq polisi” indi də kişiləri hədəf aldı: Buna görə cərimə olunacaqlar
İranda “Əxlaq polisi” kişiləri cərimələyəcək.
Millinews.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, İranda dar köynək-şalvar və şortik geyinən kişilər 6 milyondan 50 milyon tümənə (120 – 1000 dollar) qədər cərimə olunacaqlar.
Bu barədə Qadın və Cəmiyyət Beyin Mərkəzinin rəhbəri Əbülfəzl İqbali deyib: “Dar köynəklər və şortlar kişilər üçün cinayət sayılır”.