Ölkə

Çingiz Mustafayevlə bağlı 32 illik şok gerçək üzə çıxdı – Həlak olduğu yerdə…

Xocalı soyqırımı Azərbaycan insanının yaddaşında həm də Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrlarla qalıb.

Azərbaycan münaqişə müddətində və sonrakı dövrdə bu kadrlardan beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün istifadə edə bilib. Lakin Çingizin soyqırımı qeydə aldığı kamerası ilə bağlı bu günə qədər deyilməyən həqiqətlər də var…

Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Çingiz Mustafayevlə ilk dəfə döyüşlərdə qarşılaşdığını deyib:

“Biz ilk dəfə 1991-ci ildə tanış olmuşuq. O zaman Kərkicahanda vəziyyət çox ağır idi. Ermənilər həmin kəndi nəzarətə götürmək istəyirdilər. Onda Çingiz Mustafayev, Vaqif Mustafayev və Mirşahin Ağayev bizim olduğumuz yerə gəldilər. Mirşahin Ağayev və Vaqif Mustafayev əllərinə avtomat götürdülər, amma Çingiz kamera ilə çəkilişə başladı. İlk dəfə o zaman tanış olduq. Daha sonra onlar Şuşada N saylı xüsusi təyinatlı hərbi hissəyə gəldilər. Bizimlə birlikdə zabit kazarmasında qalırdılar. Hələ o zaman həmin şəxslər Rusiya telekanallarında çalışırdılar. Qarabağda baş verənləri lentə alıb Moskvaya göndərirdilər. Onların bir ayağı Şuşada idi”.

Polkovnik Milli Qəhrəmanın həlak olduğu yerdə əşyaları və pulunun oğurlandığını bildirib:

“Biz Çingiz Mustafayevlə Daşaltı uğrunda əməliyyatlarda birlikdə iştirak etmişik. Döyüşlərin bir çoxunda bizimlə olub, işıqlandırıb. Çox cəsarətli, nikbin biri idi. Bir neçə dəfə Ağdamda rastlaşmışdıq. Xocalı rayonunun Naxçıvanlı kəndi uğrunda çox mübarizə apardıq. Oranı bir neçə dəfə nəzarətə götürdük, ancaq əlimizdə saxlamaq çox çətin idi. Ümumiyyətlə, döyüşlər zamanı onun həlak olduğu yerdə kamerası, tapançası, pulu oğurlanmışdı. Sonradan Vaqif Mustafayev onun vəfatının 7-ci gününə kimi bütün rayonları axtararaq itən əşyalarını tapdı”. / Globalinfo.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu