Xəbərlər

Ermənistanın Rusiyadan “boşanması” Azərbaycana nə vəd edir?


Rusiya və Ermənistan arasında bir müddətdir yaşanan böhran Kreml və rəsmi İrəvan arasında siyasi münasibətləri daha da gərginləşdirib. Bu yaxınlarda Rusiyanın məşhur KİV-lərinin birində Rusiyanın hərbi bazalarının 2044-cü ilə qədər Ermənistan ərazisində qalacağı ilə bağlı məlumat yayılmışdı.

Vəziyyəti şərh edən siyasi şərhçi Elçin Xalidbəyli Millinews.az-a bildirdi ki, Ermənistan 2044-cü ilə qədər Rusiya hərbi bazalarından təktərəfli şəkildə imtina etmək hüququna malik deyil:

722f3d3b9d 004821fae7991696e809ed2abb664862

“Paşinyan hakimiyyəti nə etsə də, Rusiya hərbi bazaları Kremlin istəyi olmadan Ermənistandan çıxarıla bilməz. Rusiya rəsmi dairələri bir tərəfdən Ermənistana xəbərdarlıq etsələr də, digər tərəfdən mövcud problemlərin təktərəfli həllinin olmadığını qabardırlar. Rusiyanın nüfuzlu “İzvestiya” nəşrinin yaydığı son məlumat isə ümumiyyətlə, Kremlin sərt mesajı kimi izah edilə bilər. Ermənistan parlamentinin spikeri Alen Simonyan Kremlə xəbərdarlıq edib ki, Rusiya mətbuatında ölkə hakimiyyətinə qarşı hücumlar əks effekt verir. Bununla da, erməni spiker Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində Rusiya əleyhinə apardığı propoqandanın məsuliyyətini məhz Kremlin üzərinə yükləməyə çalışır. Kifayət qədər hiyləgər gediş təsiri bağışlasa da, anna Paşinyan hakimiyyətinin nümayəndələri onu da unudurlar ki, erməni baş nazirin Qərb mətbuatında Rusiya əleyhinə dilə gətirdiyi ittihamlar Kremldə də diqqətə alınır”.

İrəvanın Kremldən qopmasının Azərbaycana təsirləri barədə danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ermənistanın Rusiyadan “boşanması” Nikol Paşinyanın Qərbə istiqamətlənməsi, müharibədən sonrakı dövrdə isə Qərb ölkələrinin kəşfiyyat orqanlarını öz ərazisinə sərhəd təhlükəsini təmin etmək adı ilə buraxması həm Rusiyanın, həm də İranın maraqlarına ziddir:

“Niyə itki verdik?” -

“30 il ərzində ölkəmizə qarşı düşmənçilik siyasəti aparan, torpaqlarımızı işğalda saxlayaraq ərazilərimizi darmadağın edib vətəndaşlarımızı doğma yurd-yuvalarından qovan Ermənistanın hazırkı vəziyyəti kifayət qədər kataklizmlərlə doludur. Ermənistanın ənənəvi müttəfiqlərindən, xüsusilə də Rusiya ilə münasibətlərində yaranan gərginliklər fonunda Azərbaycanın davranışları kifayət qədər təmkinli, eyni zamanda da planlıdır. Təbii ki, bizə düşmənçilik göstərən bir ölkənin ən zəif və iqtisadi baxımdan çətin bir dövrdə dağılmış bir ordu ilə müttəfiqlərini itirməsi istənilən halda Azərbaycanın xeyrinədir”.

Hərbi ekspert düşünür ki, belə vəziyyətdə İrəvanın Ankara və Bakıya yaxınlaşması xeyrinə ola bilər:

“Müttəfiqlərini itirən Ermənistan təhlükəsizliyinə zəmanəti regiondan kənar ölkələrdə deyil, Azərbaycan ilə münasibətlərini normallaşdırmaq və bu normallaşdırma nəticəsində Türkiyə ilə müsbət əlaqələr qurmaqla əldə edə bilər.Çünki Ermənistanın hazırkı durumunda təhlükəsizliyinə yalnız Azərbaycan və Türkiyə zəmanət verə bilər”,- sitatın sonu.

Millət vəkili Fazil Mustafa hesab edir ki, Ermənistanın Rusiyaya dönük çıxması əslində bizim işimizə bütün hallarda yarıyır. Çünki bu dövlətin əsas dəstəyi Rusiya idi.

"Ən təhlükəli erməni Qarabağda qalan ermənidir" -

“Rusiya olmadan Qərbin ona dəstək verməsi ilə güclənməsi tezliklə gözlənilən nəticəni verməyəcəkdir. Amma bütövlükdə ağıllı siyasət daha çox Rusiya ilə balanslı siyasət qurmaqdır. Çünki Rusiya da belə şeyləri bağışlamır. Türkiyə Rusiya mediasında Paşinyanın təhqir olunması adi hala çevrilibdir. Tez-tez Ermənistan rəsmiləri də Rusiyaya qarşı kəskin, sərt, qərəzli mövqelərini ifadə edirlər. Yəni Rusiya ilə münasibətlərinin düzəlməsi və barışmaları dalana dirənib. Ermənistan bilavasitə səbəbkarI olduğu günahları Rusiyanın üstünə yıxmaq niyyəti güdür.Bunun nəticələrinin necə olacağını isə yaxın zaman göstərəcək”.

Millət vəkili vurğuladı ki, belə vəziyyətdə bütün situasiyalardan normal istifadə edərək Azərbaycanın maraqlarını təmin etməliyik:

“Bizi Ermənistanın Rusiya ilə dost ya da düşmən olması maraqlandırmır. Çalışırıq ki, bölgədə söz sahibi olan dövlətlərlə konkret maraqlarımızın müdafiəsi üzərindən münasibətlər quraq. Amma kimsə bu münasibətlərə xələl gətirəcək davranış ortaya qoyarsa, Azərbaycanın digər variantları da qüvvədədir. Rəsmi Bakı heç bir dövlət ilə tabeçilik prinsipi üzərindən əlaqə qurmur.Ermənistandan əsas fərqimiz bərabər hüquqlar əsasında əlaqələr yaratmağımızdadır.

Biz bütün hallarda bölgə dövlətlərinin də maraqlarına uyğun gələn format tapılmasını müzakirə etməyə çağırırıq. Zəngəzur dəhlizi də bu dövlətlərin maraqlarını birləşdirən əsas məqamlardan biri ola bilər. Ermənistan Rusiyanı bəhanə edib bütün layihələrdən,imzasını atdığı sənədlərdən imtina etsə belə, bu, İrəvan üçün xilas yolu olmayacaqdır. Onları daha böyük çətinliklər qarşısında qoya bilər”,-sitatın sonu

Gülbəniz Hüseynli / Millinews.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

b14feb068a 32374670357424901158319806090816262624225531n




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu