Xəbərlər
Netanyahu hərbi-siyasi kabinetin iclasını keçirir
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin yəhudi dövlətinə bir günlük səfərindən sonra Təl-Əvivdəki Müdafiə Nazirliyi kompleksində hərbi-siyasi kabinetin məhdud tərkibli operativ iclasını keçirir.
Millinews.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Binyamin Netanyahu Təl-Əvivdəki “Kiriya” kompleksində (Müdafiə Nazirliyi kompleksi – red.) məhdud hərbi-siyasi kabinetin üzvləri ilə operativ iclas keçirir”, – məlumatda bildirilib.
Xatırladaq ki, Bayden oktyabrın 18-də İsrailə bir günlük səfər edib.