Xəbərlər

“Kameralar var, bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar”

65 pic 32ratio 900x600 900x600 83144

Rusiya Daxili İşlər Nazirliyi Mahaçqala hava limanında iğtişaşların bütün iştirakçılarını saxlamağa söz verib.

Millinews.az xəbər verir ki, nazirliyin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi məlumat yayıb.

“Polis xəbərdarlıq edir ki, iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.2 (Yığıncaq, mitinq, nümayiş, yürüş və ya piketin təşkili və ya keçirilməsinin müəyyən edilmiş qaydasının pozulması) maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər. Xatırladırıq ki, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqda Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.3 maddəsinə əsasən cərimə və ya 15 günə qədər inzibati həbs şəklində cəza nəzərdə tutulur”, – DİN xəbərdarlıq edib.

İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, iğtişaş törədənləri 10 mindən 20 minə qədər cərimə gözləyir.

“Hava limanında və ətraf ərazilərdə videomüşahidə sistemi olduğundan iğtişaşlarda iştirak edən hər kəsin şəxsiyyəti müəyyənləşdiriləcək”, – nazirlik vurğulayıb.

Ayrı-ayrılıqda qeyd olunur ki, aksiyaların təhrikçiləri etnik nifrətin qızışdırılmasına görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında nümayişçilərin izdihamı Mahaçqala hava limanına soxularaq “yəhudiləri aşkar etmək” niyyətlərini elan ediblər.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu