Xəbərlər

Xokkeyçi oyunda aldığı ağır zərbədən həyatını itirdi

Britaniyanın “Nottingham Panthers” komandasının amerikalı xokkeyçisi Adam Conson Böyük Britaniyada keçirilən xokkey oyunu zamanı baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

Millinews.az ölkənin yerli KİV-nə istinadla xəbər verir ki, Britaniya Xokkey Liqası çərçivəsində “Şeffild Stilers” komandası ilə keçirilən oyun zamanı baş verən toqquşma nəticəsində xokkey xizəyinin ülgücü A.Conson boğazını kəsib. Nəticədə oyun dayandırılıb, 8000 tamaşaçı arenadan çıxarılıb. Buz meydançasında oyunçuların dövrəyə aldığı yaralı xokkeyçiyə isə ilkin tibbi yardım göstərilib.

29 yaşlı A.Conson təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu