Almaniya Nigeriyadan təbii qaz almaq İSTƏYİR
Almaniya təbii qaz ehtiyatlarına görə Afrikanın lideri olan Nigeriyadan təbii qaz tədarükünə ümid edir.
Millinews.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts Nigeriyaya səfəri öncəsi Afrika ölkəsinin “Punch” nəşrinə müsahibəsində deyib.
“Nigeriya Afrikada ən böyük qaz ehtiyatlarına malikdir. Alman şirkətləri Nigeriyadan qaz tədarükü ilə maraqlanır və Nigeriyanın qaz şirkətləri ilə əməkdaşlığa ümid edirlər”, – Baş nazir vurğulayıb.
Hökumət başçısı əlavə edib ki, müqavilələrin konkret həcmi və məbləği Almaniya və Nigeriya şirkətləri arasında aparılan danışıqlar zamanı müəyyən edilməlidir. Bundan başqa, Şolts qeyd edib ki, Almaniya hidrogen yanacağı bazarının genişləndirilməsi təşəbbüslərini alqışlayır.
Bazar günü Almaniya lideri Afrika səfərinə başlayır, bu müddət ərzində Nigeriya və Qanaya səfər edəcək.