Xəbərlər

Məşhur futbolçusunun valideynləri OĞURLANDI – FOTO

adam ogurluu

Kolumbiyada “Liverpul”un futbolçusu Luis Diasın valideynləri oğurlanıb.

Millinews.az “Report”a istinadla xəbər verir ki, hadisə Quahira departamentinin Barrankas şəhərində baş verib.

Bildirilib ki, Diasın valideynləri avtomobili idarə edərkən motosikletli şəxslər onların yolunu kəsib.

Polis artıq futbolçunun anasını xilas edə bilib. Hazırda onun atasının azad edilməsi üçün əməliyyat aparılır.

Qeyd edək ki, 26 yaşlı Dias ötən ilin yanvarında “Portu”dan “Liverpul”a keçmişdi. Bu müddət ərzində o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 58 oyun keçirib və 14 qol vurub.

Kolumbiya millisinin tərkibində 2021-ci ildə Amerika Kubokunda bürünc medal qazanıb. O, həmçinin argentinalı hücumçu Lionel Messi ilə turnirin bombardiri adını bölüşüb. Hər ikisi dörd qol vurub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu