Xəbərlər

orduya yeni hazırlıq ƏMRİ VERİLDİ

israil ordu

İsrail Müdafiə Qüvvələri (IDF) şimal sərhədində yüksək hazırlıq vəziyyətinə gətirilib.

Millinews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halev məlumat yayıb.

Hərbi rəhbərin sözlərinə görə, bu cür tədbirlər Livanın şiə təşkilatı “Hizbullah”ın mülki İsrail vətəndaşlarına və İsrail Müdafiə Qüvvələrinin şəxsi heyətinə zərər vurmaq cəhdlərinin qarşısını almaq və yatırmaq üçün həyata keçirilib. Halevi əlavə edib ki, ölkənin hərbi rəhbərliyi bütün sahələrdə baş verən hadisələri diqqətlə izləyir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livandan yeni atəş açıldığını bildirmişdi. Hazırda İDF cavab atəşi açır.

Qeyd edək ki, oktyabrın 28-də İsrail hərbi əməliyyatların yeni mərhələsinə başlayıb.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu