Xəbərlər

Sderota RAKET HÜCÜMU – Türk jurnalistlər yaralandı

raket israil

İsrailin Sderot şəhərinə raketin düşməsi nəticəsində Türkiyədən olan jurnalistlər yaralanıb.

Millinews.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“İsraillə HƏMAS arasında toqquşmalar davam edir. Raket türk jurnalistlərin də olduğu Sderot bölgəsi ərazisinə düşüb”, – deyə məlumatda bildirilir.

Media işçilərinin yüngül xəsarət aldığı vurğulanır və onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə qarşı görünməmiş miqyaslı raket hücumu həyata keçirilib və HƏMAS döyüşçüləri İsrailin sərhəd bölgələrinə hücum ediblər. Daha sonra HƏMAS-ın hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” adlı əməliyyat elan edib. İsrail ordusu öz növbəsində Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladığını elan edib.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu