Xəbərlər

Ayxan Abbasov: “Taktikadan danışmayım, sirlərimi açaram”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 11-ci turunda doğma meydanda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

Millinews.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çətin oyun oldu. Hər iki komanda üçün vacib matç idi. Neçə oyundur evdə qələbə qazana bilmirdik. Çox maraqlı və gərgin çempionat gedir. Bu qələbə bizə lazım idi. Hesab bizi aldatmasın. Açıq oyun getdi. Bundan sonra daha çətin olacaq. Sevindirici haldır ki, hesab bizə imkan verdi və akademiyanın yetirməsini oyuna buraxdıq. Gənc oyunçulara motivasiya olsun deyə belə addımlar atacağıq.

– Hiss edirdiz ki, hesab böyük olacaq? Fasilədə komandaya nə tapşırdınız?

– Birinci hissə gərgin başlamışdı. Rəqib bizi əks-hücumda yaxalayırdı. Amma oyun nəzarətimizdə idi. İkinci hissədə futbolçulara oyundan qopmamağı tapşırmışdıq. Heyətdə çox dəyişikliklər olub. Oyundan-oyuna artırmaq istəyirik.

– Derbidə böyük hesablı qələbə qazanmaq necə hissdir?

– Qərb derbisi həmişə maraqlı olur. Bir komanda qalib gələr, biri məğlub olar. Bu derbilər olmalıdır, futbolun gözəlliyidir. Futbolçular qol vurduqca, onlara inam gəlir.

– Ötən mövsüm Runi Eva və Natan Oduva komandanın qollarını vururdu. Bu mövsüm isə bir çox futbolçu fərqlənib. Taktikanı dəyişmisiz?

– Taktikadan danışmayım, sirlərimi açaram (gülür). Ötən mövsümlə müqayisədə fərqlər var. Oyunçuların keyfiyyətindən də irəli gələ bilər.

– Fərid Nəbiyevin milliyə dəvət alacağını gözləyirsiniz?

– Bəli. Əsas heyətdə olmasa da, miliyə layiq futbolçudur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu