Bakıda yeni metrostansiyalar inşa edilir?
Bir neçə gündür KİV və sosial mediada yayılan xəbərlərə görə, Bakı şəhərinin Baş Planı yekunlaşıb. Qeyd edilir ki, planda Bakıya 50 km-ə qədər tramvay xəttinin çəkilməsi, metrostansiyalarının sayının 47-yə çatdırılması nəzərdə tutulur.
Millinews.az Trend-ə istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Bakı Metropoliteni”nin konseptual inkişaf sxeminə uyğun olaraq metropolitenin 5 xətdən, (hazırda 3 xətt var) və 76 stansiyadan (hazırda 27 stansiya var) ibarət olmasınən nəzərdə tutulduğunu bildirib.
“49-50-yə yaxın stansiyanın tikintisi nəzərdə tutulub. Bu stansiyaların hamısı dərhal inşa olunmalı deyil. Məsələdə Bakı şəhərinin Baş Planını önə çəkirik. Çünki şəhərin əsas inkişaf istiqamətləri nəzərə alınmadan metropolitenin inkişafını nəzərdə tutmaq olmazdı.
Bakı Şəhər Baş Planında ilk vəzifə olan yaşıl və qırmızı xətlərin ayrılması diqqət mərkəzindədir. Dairəvi xəttin yaradılması və inşası gedən bənövşəyi xəttin inkişaf etdirilməsi nəqliyyatın daha rahat idarə olunması baxımından əhəmiyyət kəsb edir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.