Xəbərlər
Yeni aldığım maşınla qürur duyuram
Paytaxtımız Bakı həqiqətən yüklənib və bunu heç kim inkar etmir. Paytaxtda olan sıxlıq hamımıza bəllidir, tıxaclarda qalan maşınlar ekologiyaya böyük ziyan vurur.
Millinews.az xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov Yenipress.az-a geniş müsahibəsində deyib.
O bildirib ki, bu yaxınlarda elektromobil alıb:
“İnanın, hər dəfə mən o maşına minib işə gedib-gələndə qürur hissi yaşayıram ki, bu gün mənim minik vasitəm ekologiyaya ziyan vurmadı. Onu da deyim ki, ölkədə və paytaxtda elektromobillərin sayı çoxalıb, hətta 2025 və 2026-cı illərdə əksəriyyət sürücünün elektomobil istifadə edəcəyinə inanıram”.