Xəbərlər
Azərbaycana qarşı təzyiqlər daha da artacaq
“3+3” formatlı görüşdən sonra Azərbaycana qarşı təzyiqlər daha da artacaq.
Millinews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistanın iştirakı ilə “3+3” formatında baş tutan görüşdən sonra bölgə ilə bağlı fərqli fikirlər səslənir:
“İndi bir çox Qərb dairələri məhz bundan narahat olmağa başlayıb. Ona görə də, biz bu təzyiqlərə qarşı daha da mütəşəkkil olmalıyıq”.