Xəbərlər

Corc Dik İsrailin müharibəni dayandırması üçün şərtlərini açıqladı


“Hazırda HƏMAS-ın iki məqsədi var: Bütün yəhudiləri və israilliləri öldürmək, nəyin bahasına olursa-olsun, sağ qalmaq. İsrailin məqsədi isə heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əminlikdir”.

Millinews.az-ın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında yazıb.

O, İsrailin yalnız HƏMAS silahlarını yerə qoyacağı təqdirdə müharibəni dayandıracağını vurğulayıb:

“Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir. Bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək”, – deyə diplomat sözlərini yekunlaşdırıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu