Xəbərlər

ABŞ-ın İsrailə göndərdiyi “Fəllucə qəssabı” kimdir?

İsrail qırğınlarına açıq şəkildə dəstək verən ABŞ-ın bölgəyə göndərdiyi komandirlərdən birinin adı gündəmə bomba kimi düşüb.

Millinews.az xəbər verir ki, İraqda işğal dövründə qarşılaşdığı vətəndaş müqavimətindən sonra minlərlə mülki vətəndaşı qətlə yetirən general-leytenant Ceyms Qlinn İsrail əsgərlərinin komandanlığına təyin edilib. Qlin “Fəlluca qəssabı” kimi tanınır. Pentaqon ABŞ komandirlərinin İsrail Müdafiə Qüvvələrinə məsləhət vermək üçün bölgəyə göndərildiyini və bu komandirlərin əməliyyatlara rəhbərlik etməyəcəklərini, şəhər döyüşlərində təcrübələrini bölüşmək üçün orada olduqlarını açıqlayıb. İsraildə xidmət edən Amerika komandirləri arasında ilk sırada General-leytenant Ceyms Qlinn gəlir. Onların hamısının ortaq cəhəti İŞİD-ə qarşı mübarizə tarixləridir.

abdden gazzede katliam hamlesi felluce kasabi bolgede kanli saldirilari yonetecek 1698227562953

Qlinnin əvvəlki vəzifəsi ABŞ Xüsusi Qüvvələrinin beynəlxalq antiterror bölməsi olan Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığının komandir müavini olub. Qlinn İsrail ordusuna məsləhət verən və adı rəsmən açıqlanan yeganə növbətçi zabitdir. Pentaqon komandasındakı digər zabitlərdən neçəsinin təqaüdə çıxdığı və neçəsinin aktiv vəzifədə olduğu barədə dəqiq məlumat verməkdən çəkinir.

Beynəlxalq mətbuat 2 gündür ki, ABŞ-ın İsrailə qətliamın mentoru kimi göndərdiyi bu addan danışır. Bəs Ceyms Qlinn kimdir?

1989-cu ildən ABŞ Ordusunda olan Qlinn Körfəz müharibəsi və İraqın işğalı zamanı yüksək səviyyəli vəzifələr tutub. 2-ci Fəllucə döyüşü zamanı mülki qırğından məsul olduğu bildirilən Qlinn bu səbəbdən “Fəllucənin qəssabı” lıqəbi alıb.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu