Xəbərlər

Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək


Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək.

Millinews.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayevin qəbul etdiyi qərarda deyilir.

Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza baş verib. İlkin ehtimala görə, qəzaya metan qazının partlaması səbəb olub. Hadisə zamanı şaxtada 252 nəfər olub, onlardan 205 nəfəri şaxtadan çıxarılıb.

Son məlumatlara əsasən, qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Mədəndə 23 nəfərin qaldığı bildirilir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu