İdman

Bakıya toplanmış Sikhlər kimdir? – FOTO

Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda sikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilib.

Konfransdan əvvəl 1984-cü ildə Hindistan hökuməti tərəfindən həyata keçirilmiş “Mavi Ulduz əməliyyatı”nda həlak olan siqhlərin xatirəsinə həsr edilmiş sərgi təşkil edilib. Sərgidə sikh xalqının inancında müqəddəs sayılan əşyalar nümayiş olunub. Daha sonra 2023-cü ildə Kanadada terror hücumu ilə qətlə yetirilmiş Hardip Singh Nijjar və Xalistan hərəkatının digər üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin müasir dövrdə müstəmləkəçiliyin müxtəlif formalarının təsirinə məruz qalan xalqlara davamlı dəstək verdiyini, həmin xalqların pozulmuş hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq fəaliyyətdən danışıb.

Təşkilatın beynəlxalq arenada qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə BTQ tərəfindən hazırlanmış Hindistan hökumətinin sıqhlərə qarşı törətdiyi hüquq pozuntuları və cinayətlər, eləcə də digər etnik azlıqların üzləşdiyi sistemli ayrı-seçkiliyə həsr edilmiş qısametrajlı film iştirakçılara təqdim edilib.

Dünyanın müxtəlif ölkələrini təmsil edən siqh icmasının nümayəndələri “Siqhlərə qarşı ayrı-seçkiliyin mənşəyi və siqh diasporunun azadlıq uğrunda mübarizəsi” mövzusunda geniş fikir mübadiləsi aparıblar. Hindistan hökumətinin repressiv siyasəti nəticəsində doğma vətənlərini tərk edərək, hazırda Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrdə məskunlaşmış siqhlərin və digər azlıqların vəziyyəti, siqh fəallarına qarşı dövlət səviyyəsində terror aktları, eləcə də Hindistanda təzyiq və məhdudiyyətlərlə üzləşən siqh icmasının əsas siyasi, hüquqi və təhlükəsizlik problemləri müzakirə olunub. Hindistanın zorakılıq, hədə-qorxu siyasətinin yaratdığı regional və beynəlxalq təhlükəsizlik riskləri və bu hallara qarşı beynəlxalq hüquq mexanizmlərindən istifadə imkanları qeyd edilib.

Konfransda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunub. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunmasına çağırış edilib. BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılıb.

8a9b5ebe e596 4926 8b3b 01885e86123e 221x178 1
3081f8e2 a66a 4202 bebb 3859a12b0ea2 246x176 1
2b9bb99a 272b 4006 880d e170981d9eef 241x176 1
fd4f7900 7f6d 42ca 91fb a441e84c1469 153x105 1

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu