Xəbərlər

Azərbaycanda yataqxanada yanğın: Beş nəfər ölüb, xəsarət alanlar var


Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində beş nəfər həyatını itirib, daha iki nəfər xəsarət alıb.

Millinews.az xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla beş nəfər – 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Yanğın zamanı daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

FHN-dən Millinews.az-a bildirilib faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu