Əkizlər yemək hazırlamaq istəmədi, aparıcı əsəbiləşdi: “Bizə hörmətsizlik oldu
Aparıcı Vüsalə Əlizadə ilə müğənnilər Sevil və Sevinc Səfərova arasında gərgin anlar yaşanıb.
Millinews.az xəbər verir ki, Vüsalə “İncə səhər” proqramında qonaq olan əkizlərdən yemək hazırlamalarını istəyib. Bacılar isə buna etiraz ediblər. Onlar verilişə mahnı oxumaq üçün gəldiklərini, yemək hazırlamaq istəmədiklərini deyərək, irad tutublar:
Vüsalə isə “Burada Xalq artisti belə yemək hazırlayıb. Verilişə gəlmisinizsə, formata hörmət edin” deyə, onlara cavab verib.
Əkizlər isə əvvəlcədən komandaya xəbərdarlıq etdiklərini söyləyiblər.
Əsəbiləşən aparıcı “İşdən də danışdıq, şoumuzu da göstərdik. Gedişatımız belədir. Sizdən əvvəl sənətə gələn müğənnilər də bunu edib. Belə bir irad olduğu mənə əvvəlcədən xəbər verilməlidir. Bizə hörmətsizlik oldu” sözlərini deyib.
Daha ətraflı videoda:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.