Xəbərlər

Milyonların xərcləndiyi yığmanın acınacaqlı durumu: Potsovet ölkələri arasında autsayder

Geridə qoyduğumuz 6 gün ərzində Avro-2024-ün seçmə mərhələsi çərçivəsində daha 2 turun görüşləri keçirilib. Gələn ay isə son 2 turun oyunları baş tutacaq. Bununla təsnifat mərhələsinə yekun vurulacaq.

Həmişə olduğu kimi budəfəki tsikl də milli komandamız üçün uğursuz alındı. F qrupunda yer alan Canni de Byazinin rəhbərlik etdiyi komanda 6 oyundan sonra cəmi 4 xal toplayıb. Yığma yalnız Estoniya ilə oyunlarda xal toplaya bilib.

foto(5)

Bu seçmə mərhələni Avropada çıxış edən potsovet ölkələri üçün olduqca uğurlu hesab etmək olar. Rusiyanın Ukraynayla müharibəyə görə rəsmi yarışlardan uzaqlaşdırılması belə bu statistikaya təsir etməyib. Hazırda 10 potsovet millisindən 4-nün seçmə mərhələdən birbaşa final mərhələsinə vəsiqə qazanmaq şansı var. Ən yaxşı göstəriciyə 20 il əvvəl UEFA-ya üzv olan Qazaxıstan malikdir. 8 oyunda 15 xal toplayan qazaxlar tarixi uğurun bir addımlığındadırlar.

Ən pis göstəriciyə sahib olan komandalardan biri isə Azərbaycandır. Aktivində cəmi 1 qələbə olan yığmamız cədvəldə sondan üçüncü sırada qərarlaşıb. De Byazinin yetirmələri yalnız Latviya və Estoniyadan geri qalır.

Potsovet ölkələri Avro-2024-ün seçmə mərhələsində:

Qazaxıstan – 15

Ukrayna – 13

Moldova – 9

Gürcüstan – 7

Ermənistan – 7

Litva – 6

Belarus – 6

Azərbaycan – 4

Latviya – 3

Estoniya – 1

Cədvələ baxdığımız zaman ölkələrin iqtisadi vəziyyətini, futbola edilən dövlət yatırımlarını, federasiyaların sahib olduğu imkanları, klubların büdcələrini, futbolçuların aldıqları maaşları, mükafatları və başqa məqamları nəzərə alsaq, Azərbaycanın mövqeyi utancvericidir. Acından günorta duran ermənilər, müharibəyə başı qarışan ukraynalılar, bizdən 10 il sonra UEFA-ya üzv olan Qazaxıstan, De Byazinin “məğub etdik” deyərək bəh-bəhlə sevindiyi Moldova belə bizdən yaxşı çıxış edir. Gürcüstan millisi bu tsikldə uğurlu deyil, amma şimal-qərb qonşularımızın Millətlər Liqasından Avropa Çempionatına vəsiqə qazanmaq şansı var.

finlyandiya kazahstan 1 2 obzor matcha 16975678451262101428

Millətlər Liqasından söz düşmüşkən, milli komandamızın bu turnirdən Avropa Çempionatına yollanmaq şansı var. Taleyimiz isə potsovet məkanının hazırda ən yaxşı komandası olan Qazaxıstanın əlindədir. H qrupunda yer alan Məhəmməd Adiyevin yetirmələri son 2 oyundan sonra turnir cədvəlində Danimarka və Sloveniyadan birini qabaqlaya bilsə, Avropa çempionatına birbaşa vəsiqə qazanacaq. Nəticədə komandamız Millətlər Liqasının pley-off mərhələsində iştirak etmək hüququ qazanacaq. Qazaxıstan tarixi uğura imza atmasa, pley-offda özü mübarizə aparacaq.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu